Generalların məhkəməsi başladı - `MTN işi`


18:56     21 Fevral 2017 mtn-milli-tehlukesizlik-nazirliyi-milli-tehlukesizlik-nazirliyi.jpg

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.


Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən iclasdan sonra jurnalistlərə açıqlama verən Fizuli Əliyevin vəkili İlham Əsədov deyib ki, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib:"İstintaq zamanı Fizuli Əliyevin babasına məxsus evə, ona adiyyatı olmayan qohumlarına məxsus evlərə həbs qoyulub. Biz bununla bağlı və cinayət işinin istintaqa qaytarılması, bəzi sübutların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verdik. Digər vəsatət isə Sübahir Qurbanovun məcburi müalicəyə göndərilməsi barədə oldu. Vəkillər onun səhhətində problem olduğunu dedi. Vəsatətlər baxılmamış saxlanıldı".

Prosesdə fasilə elan edilib. İclas günün ikinci yarısında davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1376